BAKI, 25 avqust — Sputnik. Azərbaycan Respublikasının prezidenti İlham Əliyevin və Almaniya Federativ Respublikasının federal kansleri Angela Merkelin nümayəndə heyətlərinin iştirakı ilə keçirilən geniş tərkibdə görüşündə həmçinin Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi ilə bağlı fikir mübadiləsi aparılıb.
Sputnik Azərbaycan-ın xəbərinə görə, sonra Azərbaycan prezidenti İlham Əliyevin adından Almaniyanın federal kansleri Angela Merkelin şərəfinə nahar verilib.
Bundan öncə prezident İlham Əliyevin və federal kansler Angela Merkelin birgə mətbuat konfransı olub.