CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Azərbaycanda yay havası davam edəcək

Növbəti 2-3 gün ərzində havanın temperaturu Bakıda 28-33, bölgələrdə 31-36, dağlıq ərazilərdə isə 20-25 dərəcə isti təşkil edəcək
Sputnik

BAKI, 24 avqust — Sputnik. "Növbəti günlərdə Azərbaycan ərazisində hava şəraiti sabit keçəcək".

Sputnik Azərbaycan “Report”a istinadən xəbər verir ki, bunu açıqlamasında Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin Hidrometeoroloji Proqnozlar Bürosunun direktoru Gülşad Məmmədova deyib.

O bildirib ki, yaxın iki-üç gün ərzində ölkə ərazisində hava şəraitinin sabit, gün ərzində əsasən yağmursuz keçəcəyi gözlənilir: "Lakin avqust ayının 25-də dağlıq ərazilərdə gecə və səhər saatlarında qısamüddətli az yağış yağacağı ehtimal olunur. Şərq küləyi əsəcək".

G.Məmmədova qeyd edib ki, növbəti 2-3 gün ərzində havanın temperaturu Bakıda 28-33, bölgələrdə 31-36, dağlıq ərazilərdə isə 20-25 dərəcə isti təşkil edəcək.