İQTİSADİYYAT

"Rusiya qazından imtina edə bilmərik" – Merkel

O xatırladıb ki, bu ölkə ilə energetika sahəsində əməkdaşlıq, hətta soyuq müharibə dövründə belə, davam edib
Sputnik

BAKI, 24 avqust — Sputnik. “Rəsmi Berlin Rusiya qazı və neftindən imtina edə bilməz”. Sputnik Azərbaycan "Vzglyad.ru"ya istinadən xəbər verir ki, bunu Almaniya kansleri Angela Merkel Tbilisi Dövlət Universitetinin tələbələri ilə görüşü zamanı bildirib.

"Biz (Almaniya) qaz və neft sahəsində Rusiya ilə əməkdaşlığa yox deyə bilmərik" – deyə Merkel bildirib.

Merkel Azərbaycana gələcək

O xatırladıb ki, bu ölkə ilə energetika sahəsində əməkdaşlıq, hətta soyuq müharibə dövründə belə, davam edib.

Azərbaycandan olan qaz tədarükündən danışan Merkel vurğulayıb ki, Berlinin Rusiyadan aldığı yanacaq qiymətinə qaz almaq imkanı yoxdur: "Avropa qazı digər ölkələrlə nisbətdə Rusiyadan daha ucuz qiymətə alır".

Merkel, eyni zamanda vurğulayıb ki, Avropa və NATO Moskvanın düşməni deyil: "Rusiya dünyada önəmli ölkədir. Almaniya Rusiya ilə yaxşı əlaqələrə malik olmaq istəyir. Avropa və Rusiya yaxşı şəkildə əməkdaşlıq edir və bir-birilərindən çox şey öyrənirlər. Eyni zamanda vurğulamaq istəyirəm ki, Avropa İttifaqı və NATO Rusiyanın düşməni deyil".