Qan donduran cinayət: Arvadını öldürüb soyuducuya qoydu, tətilə getdi

Zhu mübahisədən sonra öldürdüyü arvadının vəsaiti ilə başqa bir qadınla tətilə gedib
Sputnik

BAKI, 24 avqust — Sputnik. Çində məhkəmə arvadını öldürüb 3 ay soyuducusunda saxlayan Zhu Xiaodong adlı kişiyə edam hökmü çıxarıb.

Sputnik Azərbaycan "Milliyet"ə istinadla xəbər verir ki, mübahisə zəminində 31 yaşlı çinli kişinin arvadını boğaraq öldürdüyü, sonra adyala bükərək evlərinin eyvanındakı soyuducuda saxladığı ortaya çıxıb.

Zhu Xiaodong və həyat yoldaşı

Zhu mübahisədən sonra öldürdüyü arvadının vəsaiti ilə başqa bir qadınla tətilə gedib.

Cinayətin bilinəcəyindən narahat olan kişi polisə gedərək təslim olub.

Hadisənin ortaya çıxması ilə qurbanın ailəsi də ərinin ölüm cəzasına məhkum edilməsini tələb edib.

O, törətdiyi cinayətdən peşman olmadığını bildirib və məhkəmə ona edam cəzası verib.