SİYASƏT
Ölkənin ictimai-siyasi həyatına, xarici siyasətə, beynəlxalq siyasi gündəmə dair məqalələr

Prezident orta və uzun müddət üçün Strategiyanı təsdiq edib

Strategiyanın həyata keçirilməsi üzrə əlaqələndirici orqan Maliyyə Nazirliyi müəyyən edilib
Sputnik

BAKI, 24 avqust — Sputnik. Prezident İlham Əliyev "Azərbaycan Respublikasında dövlət borcunun idarə edilməsinə dair orta və uzun müddət üçün strategiya"nın təsdiq edilməsi haqqında sərəncam imzalayıb.

Sputnik Azərbaycan-ın məlumatına görə, sərəncamda qeyd edilir ki, "Azərbaycan Respublikasında dövlət borcunun idarə edilməsinə dair orta və uzun müddət üçün Strategiya"nın həyata keçirilməsi üzrə əlaqələndirici orqan Maliyyə Nazirliyi müəyyən edilsin.

Prezident İlham Əliyev səfirləri qəbul etdi

Nazirlər Kabinetinə Azərbaycan Prezidenti aktlarının bu sərəncama uyğunlaşdırılması ilə bağlı təkliflərini üç ay müddətində hazırlayıb Azərbaycan Prezidentinə təqdim etmək və Nazirlər Kabinetinin normativ hüquqi aktlarının bu sərəncama uyğunlaşdırılmasını üç ay müddətində təmin edib Azərbaycan Prezidentinə məlumat vermək tapşırılıb. Bundan əlavə, Nazirlər Kabineti mərkəzi icra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının bu sərəncama uyğunlaşdırılmasını nəzarətdə saxlayacaq və bunun icrası barədə beş ay müddətində Azərbaycan Prezidentinə məlumat verəcək, həmçinin sərəncamdan irəli gələn digər məsələləri həll edəcək.

Ədliyyə Nazirliyinə mərkəzi icra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının və normativ xarakterli aktların bu sərəncama uyğunlaşdırılmasını təmin edib Nazirlər Kabinetinə məlumat vermək, Maliyyə Nazirliyinə isə Strategiyada nəzərdə tutulan tədbirlərin icrasını təmin etmək və həmin tədbirlərin icrası barədə ildə iki dəfə (yarımillik və illik) Azərbaycan Prezidentinə hesabat təqdim etmək tapşırılıb.