"McDonald's"da 500 nəfər salatdan zəhərləndi

Ümumilikdə 16 ştatda zəhərlənmə faktı qeydə alınıb
Sputnik

BAKI, 24 avqust — Sputnik. Birləşmiş Ştatlarda "McDonald's" restoranlar şəbəkəsində salatdan zəhərlənənlərin sayı 500 nəfəri keçib.

Sputnik Azərbaycan "RİA Novosti"yə istinadən xəbər verir ki, bundan əvvəl — iyulun ortalarında "McDonald's" salatından zəhərlənmə ilə bağlı, təqribən 90 hal qeydə alınıb.

Araşdırmalar əsasında müəyyənləşib ki, zəhərlənməyə səbəb "Fresh Express" adlı salatda xəstəlik törədici "Cyclospora cayetanensis" mikroskopik paraziti olub. Hadisədən sonra restoran rəhbərliyi 3 min qida yerindən salatları geri qaytarıb və qida təchizatçısını dəyişib.

Ümumilikdə 16 ştatda zəhərlənmə faktı qeydə alınıb. Zəhərlənən şəxslərdən 24-ü xəstəxanaya yerləşdirilib.