CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

İlham Əliyev park kompleksinin açılışında iştirak edib

Bakının Xətai rayonunda salınan idman-əyləncə park kompleksinin açılışı olub
Sputnik

BAKI, 24 avqust — Sputnik. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva avqustun 24-də Bakının Xətai rayonunda Yusif Səfərov, Ələddin Quliyev və Sergey Senyuşkin küçələrinin əhatə etdiyi ərazidə salınan idman-əyləncə park kompleksinin açılışında iştirak ediblər.

Sputnik Azərbaycan-ın xəbərinə görə, bu barədə Azərbaycan Prezidentinin Mətbuat xidməti məlumat yayıb.