Paşinyan maliyyə problemi ilə üzləşib, zabitlərin maaşları azaldı

Bu cür tədbirlər yeni hökumətin qarşılaşdığı maliyyə problemləri ilə bağlıdır
Sputnik

BAKI, 24 avqust — Sputnik. Ermənistanın yeni hökuməti dövlət müəssisələrinin maliyyələşməsi problemini ştatın azaldılması ilə deyil, dövlət qulluqçularının maaşlarının azaldılması yolu ilə həll etməyə qərar verib. Bu barədə Sputnik Ermənistan "İravunk" (Haqq) qəzetinə istinadən xəbər verir.

Məlumata əsasən, dövlət qulluqçularının maaşlarında azalma 40%-ə qədər çata bilər. Nəşr yazır ki, Ermənistan ordusunun zabitlərinin də əmək haqları azaldılacaq.

Qeyd olunur ki, ordu zabitlərinin maaşının həcmi dövlət qulluqçularının maaşına qədər azaldılacaq.

Bəzi ekspertlər vurğulayır ki, bu cür tədbirlər yeni hökumətin qarşılaşdığı maliyyə problemləri ilə bağlıdır.