Telman Zeynalov: “ETSN cərimələmə işlərini gücləndirsə yaxşı olar”
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin (ETSN) əməkdaşları tərəfindən bərk məişət tullantılarının, o cümlədən plastik tullantıların düzgün idarə olunmasını yoxlamaq məqsədilə reydlər keçirilib. Reydlər zamanı məişət tullantılarının, plastik qabların qalaqlanaraq yandırılması faktlarına qarşı protokollar tərtib olunub.
Ekoloji Proqnozlaşdırma Mərkəzinin prezidenti, ekoloq Telman Zeynalov Sputnik Azərbaycan-a deyir ki, tullantılarla əlaqədar dövlət çox sayda qanunlar qəbul edib:
“Ancaq bu qanunların həyata keçirilməsi və ona nəzarət zəif olub. Müşahidələr onun göstərir ki, hələ də çox sayda qanunsuz zibilxanalar var. Qanunsuz zibilxanalara görə cərimələrin tətbiq olunması yaxşı haldır. Düşünürəm ki, bu sahədə maarifləndirmə işlərini yox, cərimələməni gücləndirsələr yaxşı olar”.
Ekoloqun geniş şərhinə audiofaylda qulaq asa bilərsiniz