Türk təyyarələri PKK anbarını yerlə bir etdi

Məlumatı Türkiyə Silahlı Qüvvələrinin Baş Qərargahı yayıb
Sputnik

BAKI, 23 avqust — Sputnik. Türkiyənin Hərbi Hava Qüvvələri PKK terrorçularının İraqın şimalındakı mövqelərinə zərbələr endirib.

Sputnik Azərbaycan "Anadolu" agentliyinə istinadla xəbər verir ki, İraqın şimalındakı Hakurk bölgəsinə təşkil olunan hava hərəkatında terror təşkilatı tərəfindən istifadə olunan silah-sursat anbarı məhv edilib.

Məlumatı Türkiyə Silahlı Qüvvələrinin Baş Qərargahı yayıb.