BAKI, 23 avqust — Sputnik. "Rusiya Dağlıq Qarabağ münaqişəsinin həllində vasitəçilik səylərini davam etdirir".
Sputnik Azərbaycan məlumat verir ki, bu barədə Rusiya Xarici İşlər Nazirliyinin (XİN) mətbuat katibi Mariya Zaxarova bildirib.
Onun sözlərinə görə, Rusiya münaqişə tərəfləri ilə müxtəlif formatlarda daima təmasdadır.
M.Zaxarova Azərbaycan, Ermənistan və Rusiya XİN başçıların yaxın zamanlarda görüşünün təşkil olunub-olünmayacağı ilə bağlı sualı isə belə cavablandırıb: "Bu görüş planlaşdırılsa, biz bu barədə məlumat verərik".