CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Keçmiş icra başçısı dünyasını dəyişdi - FOTO

Onun cənazəsi artıq Bakıya gətirilib və dəfn üçün tezliklə Şəmkir rayonuna aparılacaq
Sputnik

BAKI, 23 avqust — Sputnik. Kənd Təsərrüfatı nazirinin keçmiş müavini, Şəmkir rayon İcra Hakimiyyətinin keçmiş başçısı Aslan Aslanov vəfat edib.

Sputnik Azərbaycan-ın realtv.az-a istinadla məlumatına görə, bu barədə Aslan Aslanovun yaxınları xəbər veriblər. Onların sözlərinə görə, sabiq icra başçısı xərçəng xəstəliyindən əziyyət çəkirdi. 

Aslan Aslanov

Aslan Aslanov Türkiyədə dünyasını dəyişib. Onun cənazəsi artıq Bakıya gətirilib və dəfn üçün tezliklə Şəmkir rayonuna aparılacaq. 

Aslan Əli oğlu Aslanov 1961-ci ildə Şəmkir rayonunun Əliyaqublu kəndində anadan olub. 1993-2005-ci illərdə Şəmkir Rayon İcra Hakimiyyətinin başçısı olub. Daha sonra Aslan Aslanov 2013-cü ilədək Kənd Təsərrüfatı nazirinin müavini vəzifəsində çalışıb.