Angela Merkel Gürcüstandadır

Qeyd edək ki, Almaniya kansleri Gürcüstandan sonra Ermənistan və Azərbaycana da səfər edəcək
Sputnik

BAKI, 23 avqust — Sputnik. Almaniya kansleri Angela Merkel Gürcüstanda rəsmi səfərdədir. 

Sputnik Gürcüstan xəbər verir ki, onu Tbilisi beynəlxalq hava limanında Gürcüstanın xarici işlər naziri David Zalkaliani və bu ölkənin Almaniyadakı səfiri Elquca Xokrişvili qarşılayıblar. 

A.Merkelin Gürcüstanın baş naziri Mamuka Baxtadze və prezident Giorgi Marqvelaşvili ilə görüşü nəzərdə tutulub. 

Qeyd edək ki, Almaniya kansleri Gürcüstandan sonra Ermənistan və Azərbaycana da səfər edəcək.