HADİSƏ

Bazara alver etməyə getdi, piştaxta arxasında öldü

Mərhumun ürək xəstəsi olduğu deyilir.
Sputnik

BAKI, 22 avqust — Sputnik. Bu gün səhər saatlarında Salyan şəhərinin mərkəzi bazarında göyərti satan şəxs dünyasını dəyişib.

Sputnik Azərbaycan-ın virtualaz.org-a istinadla məlumatına görə, 63 yaşlı Ərəbqardaşbəyli kənd sakini Saday Kamil oğlu Hüseynov bazarda alver üçün piştaxtasını səliqəyə salıb başa çatdırarkən qəfil ürək-çatışmazlığından dünyasını dəyişib.

Mərhumun ürək xəstəsi olduğu deyilir.