BAKI, 22 qvqust — Sputnik. Birləşmiş Ştatlar prezidenti Donald Tramp Avropa İttifaqı ölkələrindən idxal olunan mallara əlavə gömrük vergisi tətbiq edib.
Bu barədə Sputnik Azərbaycan Türkiyə KİV-nə istinadən xəbər verir.
Məlumata əsasən, bu dəfə ABŞ prezidenti Donald Tramp Avropa İttifaqından idxal olunan avtomobillərə əlavə gömrük vergisi tətbiq edib. Bel ki, yeni qərara əsasən Avropadan ABŞ-a gələn avtomobillərdən 20-25% əlavə gömrük vergisi tutulacaq.
Qeyd edək ki, Tramp daha əvvəl Çindən idxal olunan polad, texnologiya məhsulları və avtomobillərə əlavə vergilər tətbiq etmişdi.