HADİSƏ

Xaçmazda qəbiristanlıq yanıb

Yanğın zamanı mərmər qəbirlərə də zərər dəyib
Sputnik

BAKI, 21 avqust — Sputnik. Bu gün Xaçmaz rayonunun Həcəlbəy kəndində qəbirstanlıq yanıb. Sputnik Azərbaycan-ın məlumatına görə, yanğın zamanı 20-dən çox qəbir yanıb.

Yanğın zamanı mərmər qəbirlərə də zərər dəyib.

Məlumata görə, yanğın kənd qəbiristanlığının arxa hissəsində başlayıb və tez bir zamanda ətrafı bürüyüb. Yanğın zamanı qəbiristanlıqdakı ağaclara da zərər dəyib. Hadisənin hansı şəraitdə baş veridyi məlum deyil.