Səhiyyə Nazirliyi iş adamlarına müraciət etdi

Bioloji fəallığa malik qida əlavələrinin idxalına icazə verilməsi üçün aidiyyatı üzrə Qida Təhlükəsizliyi Agentliyinə müraciət olunması məqsədəuyğun hesab olunur
Sputnik

BAKI, 21 avqust — Sputnik. Səhiyyə Nazirliyi Analitik Ekspertiza Mərkəzinin əczaçılıq sahəsində fəaliyyət göstərən iş adamlarına müraciət ünvanlayıb. Bu barədə Sputnik Azərbaycan-a Səhiyyə Nazirliyindən məlumat verlib. 

Səhiyyə Nazirliyi yaranmış vəziyyətlə bağlı məlumat verdi

Bildirilib ki, bioloji fəallığa malik qida əlavələrinin idxalına, ixracına, istehsalına, satışına, dövriyyəsinə nəzarət etmək səlahiyyəti Qida Təhlükəsizliyi Agentliyi tərəfindən həyata keçirilir.

Müraciətdə deyilir:

"13 noyabr 2017-ci il tarixli 1681 nömrəli "Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyinin fəaliyyətinin təmin edilməsi haqqında" Azərbaycan Respublikasının Prezidentinin fərmanı ilə təsdiq edilmiş "Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi haqqında Əsasnamə"nin 3.0.33-20-ci yarımbəndinə əsasən bioloji fəallığa malik qida əlavələrinin idxalına, ixracına, istehsalına, satışına, dövriyyəsinə nəzarət etmək səlahiyyəti Qida Təhlükəsizliyi Agentliyi tərəfindən həyata keçirilir.

Buna əsasən ekspertizasının həyata keçirilməsi məqsədilə gətirilən bioloji fəallığa malik qida əlavələrinin idxalına icazə verilməsi üçün aidiyyatı üzrə Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyinə müraciət olunması məqsədəuyğun hesab olunur".