Rekord ucuzlaşma: Bu ölkənin milli pulu 24 dəfə dəyərdən düşdü

Venesuela rəhbərliyi dünya tarixində ən geniş miqyaslı devalvasiyalardan birinə gedir
Sputnik

BAKI, 21 avqust — Sputnik. Venesuela rəhbərliyi dünya tarixində ən geniş miqyaslı devalvasiyalardan birinə gedir. Sputnik Azərbaycan "RBK"ya istinadən xəbər verir ki, bolivarın rəsmi məzənnəsi dollara nisbətdə 96%-dək aşağı salınacaq.

Məlumata əsasən. əgər avqustun 17-si rəsmi dolların kursu bir dollar üçün 248 min bolivar idisə, Mərkəzi Bankı tərəfindən təyin olunan yeni kurs bir dollar üçün 6 milyon bolivara bərabər olacaq. Bu da əvvəlki məzənnədən 24 dəfə çoxdur.

Qeyd edək ki, ötən həftə sonu Venesuela prezidenti Nikolas Maduro telemüraciətində valyuta islahatının olacağını elan edib: "Mən ölkənin bərpa olunmasını istəyirəm və əlimdə resept var. İnanın mənə".

Maduro devalvasiyanın olacağın elan etməyib. O bildirib ki, hökumət denominasiya edir və yeni denominasiya edilən bolivar "suveren bolivar" adlanacaq. Bolivarın yeni kursu Venesuela kriptovalyutası olan Petro-ya bağlanacaq. Bir petro bir barel Venesuela neftinin dəyərinə ($60) bağlı olacaq.