RUSİYA

Putin də müsəlmanlara müraciət etdi

"Qurban bayramı insanları mehribanlığa və xeyirxahlığa, mərhəmətə çağırır"
Sputnik

BAKI, 21 avqust — Sputnik. Rusiya prezidenti Vladimir Putin Rusiyada yaşayan müsəlmanları Qurban bayramı münasibəti ilə təbrik edib və qeyd edib ki, İslamın mənəvi dəyərləri insanları birləşməyə və mehriban qonşuluq ənənələrinə əməl etməyə imkan verir. Sputnik Azərbaycan xəbər verir ki, bu barədə rəsmi Kreml məlumat yayıb.

Putinin sözlərinə görə, Qurban bayramı insanları mehribanlığa və xeyirxahlığa, mərhəmətə çağırır.

"Önəmlidir ki, bu gün də İslamın əsl dəyərləri Rusiyanın müsəlman icmasının mənəvi həyatına əsası olmağa davam edir. Bu dəyərlər bizim ölkəmizdə dərin tarixi köklərə malik, din, mədəniyyət və müxtəlif xalqların nümayəndələri arasında mehriban qonşuluq əlaqələrini əməl etməyə, insanları birləşdirməyə yardım edir", — deyə Putin vurğulayıb.