RUSİYA

Kreml ABŞ-ın gözlənilməz Rusiya bəyanatına reaksiya verib

Peskov Trampın bəyanatını şərh etdi
Sputnik

BAKI, 21 avqust — Sputnik. Rusiya dünyada olan heç bir ölkənin etmədiyi kimi Suriyada münaqişəsinin tənzimlənməsinə öz töhfəsini verir. Sputnik Azərbaycan "RİA Novosti"yə istinadən xəbər verir ki, bunu ABŞ prezidenti Donald Trampın sözlərini şərh edən Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov bildirib.

"Suriyaya gəldikdə isə dünyada heç bir ölkənin etmədiyi kimi Rusiya Suriyada münaqişəsinin siyasi-diplomatik yolla həllinə, həyatın normallaşmasına və qaçqınların aktiv şəkildə geri qayıtması üçün şəraitin yaradılmasına töhfə verir. Şübhəsiz, burada söhbətin nədən getdiyini anlamaq lazımdır", — deyə Peskov ABŞ prezidenti Donald Trampın Suriya və Ukrayna kimi məsələlərdə Rusiya ABŞ-la birgə addımlar atarsa Moskvaya qarşı sanksiyaların ləğv oluna biləcəyinə dair bəyanatını şərh edərkən bildirib.