HADİSƏ

Polis vətəndaşlara müraciət etdi

Tapılan zaman onun üzərindən heç bir sənəd aşkar olunmayıb
Sputnik

Leyla Abdullayeva, Sputnik Azərbaycan

BAKI, 21 avqust — Sputnik. Polis naməlum kişi meyidinin kimə məxsus olduğunu aydınlaşdırmaq istəyir. Bu barədə Sputnik Azərbaycan-ın bölgə müxbirinə DİN-in Mətbuat Xidmətinin Quba regional qrupundan verilib. 

Verilən  məlumata görə, avqustun 17-də Quba şəhəri ərazisində yol nəqliyyat hadisəsi nəticəsində xəsarət almış naməlum kişi tapılıb və o, dərhal Quba Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib. Avqustun 19-da həmin şəxs Quba RMX-da vəfat edib.

Tapılan zaman onun üzərindən heç bir sənəd aşkar olunmayıb. Həmin kişinin əlamətləri belədir: boyu 165-170 sm, arıq bədən quruluşlu, gözləri rəngi qonurdur, yaşı 60-70 arasıdır. Bədəninin müxtəlif nahiyyələrində döymələr var: sol əlində barmaqlarının üzərində "1959" yazısı, sol biləyində “ana” yazısı, sağ biləyində “ata” yazısı, sol əlində baş barmağında ərəb dilində yazı var.

Şəkildə gördüyünüz kişini tanıyanlardan və barəsində məlumatı olanlardan DİN-in “102 Zəng Mərkəzi” Xidmətinə, həmçinin Quba Rayon Polis Şöbəsinə (02333) 5-43-02; (02333) 5-35-11 şəhər nömrələrinə zəng vuraraq məlumat vermələri xahiş olunur.

Yol nəqliyyat hadisəsi nəticəsində xəsarət almış naməlum kişi meyidi