Şimşək çağacaq, leysan yağacaq - Əlverişsiz bayram havası xəbərdarlığı

Havanın temperaturu gecə 17-22, gündüz 29-34, dağlarda gecə 10-15, gündüz 17-22 dərəcə isti təşkil edəcək
Sputnik

BAKI, 21 avgust — Sputnik. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamenti 22 avqustda gözlənilən hava şəraitini açıqlayıb. Sputnik Azərbaycan xəbər verir ki, sabah Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, yağmursuz keçəcəyi gözlənilir. 

Şimal-şərq küləyi gündüz cənub-şərq küləyi ilə əvəz olunacaq.

Havanın temperaturunun Abşeron yarımadasında gecə 18-23, gündüz 25-30, Bakıda gecə 20-22, gündüz 28-30 dərəcə isti olacağı gözlənilir.

Pis xəbər gəldi: Hava sabah da düzəlməyəcək

Atmosfer təzyiqi 759 mm civə sütunu, nisbi rütubət gecə 60-70, gündüz 40-45 faiz təşkil edəcək.

Abşeron çimərliklərində (Sumqayıt, Novxanı, Pirşağı, Nardaran, Bilgəh, Zaqulba) dəniz suyunun temperaturu 23-24, cənub çimərliklərində (Türkan, Hövsan, Sahil, Şıx) isə 24-25 dərəcə isti təşkil edəcək. Şimal-şərq küləyi gündüz cənub-şərq küləyi ilə əvəz olunacaq. Bununla əlaqədar çimərliklərdə əlverişli hava şəraiti müşahidə olunacaq.

Azərbaycanın rayonlarında isə hava şəraitinin, əsasən, yağmursuz keçəcəyi, lakin axşam Böyük və Kiçik Qafqazın bəzi yerlərində şimşək çaxacağı, yağış yağacağı gözlənilir. Şərq küləyi əsəcək.

Havanın temperaturu gecə 17-22, gündüz 29-34, dağlarda gecə 10-15, gündüz 17-22 dərəcə isti təşkil edəcək.

ETSN əhaliyə xəbərdarlıq da edir. Belə ki, avqustun 22-si axşamdan 24-ü axşamadək Böyük və Kiçik Qafqazın bəzi yerlərində şimşək çaxacağı, arabir yağış yağacağı gözlənilir. Ayrı-ayrı yerlərdə yağışın leysan xarakterli intensiv olacağı ehtimalı var.