Bu səfər Amerika-Türkiyə gərginliyini aradan qaldıra bilər

Ərdoğanın Birləşmiş Millətlər Təşkilatının ümumi yığıncağında Suriyadakı vəziyyət, qaçqaın böhranı və s. ilə bağlı məsələlərə toxunacaq
Sputnik

BAKI, 21 avqust — Sputnik. Türkiyə lideri Rəcəb Tayib Ərdoğan sentyabr ayında ABŞ- prezidenti Donald Tramp ilə görüşə bilər.

Sputnik Azərbaycan Türkiyə mətbuatına istinadla xəbər verir ki, R. Tayib Ərdoğan sentyabr ayında bəzi önəmli görüşlər keçirmək üçün ABŞ-a gedəcək.

Türkiyə və ABŞ münasibətlərinin belə gərgin bir yol aldığı dönəmdə Ərdoğanla ABŞ prezidenti Donald Trampın görüşüb görüşməyəcəyi səfərə bir həftə qalmış məlum olacaq.

Qeyd edək ki, Ərdoğan sentyabrın 23-də BMT-nin ümumi yığıncağına qatılmaq üçün Nyu-Yorka gedəcək. Ərdoğanın Birləşmiş Millətlər Təşkilatının ümumi yığıncağında Suriyadakı vəziyyət, qaçqaın böhranı və s. ilə bağlı məsələlərə toxunacaq.

Ərdoğanın sərmayəçi banklar və Türk təmsilçiləri ilə görüşləri və danışıqları nəzərdə tutulub.