VİDEO

Cənnət paltarını toxuyan tanrı möcüzəsi

İpəkqurdunu tanrının möcüzələrindən biri hesab etmək olar. Bəşər tarixi yaranandan bu möcüzəli həşəratın insanlara çox böyük faydaları olub.
Sputnik

Barama qurdunu bəsləmək, onu barama halına çatdırmaq çox qəliz və olduqca səbir tələb edən iş olsa da, azərbaycanlılar ta qədimdən ipəkçiliklə məşğul olublar. Sovetlər dönəmində də Azərbaycan ipəkçilik sahəsində öndə gedən respublikalardan biri olub. O dövrün sayılıb-seçilən kümdarlarından biri də Əfruz Əhmədovadır. Əfruz xanım Qax rayonunun İbaxlı kəndində yaşayır. O, 50 il barama qurdu bəsləyib.

Sputnik Azərbaycan-ın bölgə müxbiri Əfruz xanımın qonağı olub.