CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Sözügedən texnika artıq paytaxtdadır

Yeni müxtəlif təyinatlı texnikaların alınması istiqamətində işlər davam edir
Sputnik

BAKI, 21 avqust — Sputnik. Əsas magistral yolarda, prospektlərdə zibilin yığışdırılması, tamamilə avtomatlaşdırılacaq. Bu barədə Sputnik Azərbaycan-a Bakı Şəhər İcra Hakimiyyətindən məlumat verilib. Bildirilib ki, bu proqramın hazırlanmasına avropalı aparıcı ekspertlər cəlb olunub və hazırda onların təklifləri müzakirə olunur.

Yeni texnika

Məlumatda qeyd olunur ki, istənilən halda iş prossesində əl əməyinin qalacağı nəzərə alınaraq onun minimuma endirilməsi üçün tədbirlər həyata keçirilir.

Küçələrdə, xüsusilə də əsas magistral yol və prospektlərdə təsərrüfat xidmətləri işçilərinin təhlükəsizliyinin təminatı üçün xəbərdaredici nişanlar hazırlanıb və rayon Mənzil Kommunal Təsərrüfatı Birliklərinə paylanıb.

Eyni zamanda yeni texnikaların alınması ilə bağlı müxtəlif şirkətlərlə danışıqlar aparılır. Artıq şəhər təsərrüfatı texnikası istehsalında böyük təcrübəsi olan Almaniyanın MAN şırkətinin istehsalı olan 10-a yaxın belə texnika Bakıya gətirilərək təsərrüfatçılara verilib.

Yeni müxtəlif təyinatlı texnikaların alınması istiqamətində işlər davam edir.