BAKI, 21 avqust — Sputnik. Bütün dünyada müsəlmanlar artıq Qurban bayramını qeyd etməyə başlayıblar.
Sputnik AzərbaycanTürkiyə mətbuatına istinadən xəbər verir ki, bu ölkədə qurban kəsən bəzi müsəlmanlar faciə ilə üzləşiblər. Belə ki, Ədirnə, Kırklareli və Təkirdağda qurban kəsən 9 nəfər bıçaq yarası alıb. Onlardan 7 nəfəri təcili şəkildə xəstəxanaya yerləşdiriliblər.
Yaralananlardan bir neçəsinə ilkin tibbi yardım göstərilərək evlərinə yola salınıb.