RUSİYA

"Moskva xarici ölkələrə silah satışında dollardan imtina etməyi ciddi olaraq düşünür"

Rusiya ilə Türkiyə arasında imzalanan "S-400" hava müdafiə sistemləri müqaviləsinin qiymətinin 2.5 milyard dollar olduğu bilinir
Sputnik

BAKI, 21 avgust — Sputnik. Rusiyanın Hərbi-Texniki Əməkdaşlıq üzrə Federal İdarəsinin rəhbəri Dmitri Şuqayev Moskvanın xarici ölkələrə silah satışında dollardan istifadədən imtina etməyi ciddi olaraq düşünməyə başladığını açıqlayıb.

Bu barədə Sputnik Azərbaycan "Haber7"yə istinadla xəbər verir.

Rusiya ilə Türkiyə arasında imzalanan "S-400" hava müdafiə sistemləri müqaviləsinin qiymətinin 2.5 milyard dollar olduğu bilinir. Bu pulun bir qismi Ankara tərəfindən nağd şəkildə ödəniləcək. Digər hissəsinin isə Rusiya rublu ilə açılacaq kreditlə ödənilməsi planlaşdırılır. Dolayısı ilə Ankaranın "S-400"-ə görə ilk vəsaitin ödənilməsi xaric, burada dollardan istifadədən imtinanın yolu açılmış olacaq.