CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Hər gün yaşadığımız olay: Uşaqlarınızı bu təhlükələrdən qoruyun

Günəşin gözlərə zərər verməməsi üçün kənarları geniş olan papaq taxın
Sputnik

BAKI, 20 avqust — Sputnik. Yay tətilini problemsiz keçirmək istəyirsinizsə, uşaqlarınızı gözləyən təhlükələr və bu təhlükələrdən qorunmağın yollarını öyrənməlisiniz.

Sputnik Azərbaycan Türkiyə mətbuatına istinadla xəbər verir ki, yay tətili uşaqların fiziki və ruhi inkişafında önəmli rol oynayır. Ancaq günəş şüaları altında uzun müddət qalmaq, çirkli hovuz və dənizə girmək, yay ishalından tutmuş, günvurmaya qədər bir çox xəstəliyə səbəb olur.

Valideynlər uşaqlarını daha çox günəşin zərərli şüalarından qorumalıdır. Xüsusi ilə günəş şüalarının daha güclü olduğu vaxtlarda günəş şüaları altında qalmaq günvurma körpələr və uşaqlarda ağır vəziyyətlərə gətirib çıxara bilər.

Uşaq arabaları körpələrin həyatı üçün təhlükədir

Mütəxəssislərə görə, bu səbəbdən valideynlər uşaqlarını saat 10.00-16.00-ya qədər günəş şüaları altına çıxarmamalıdır.

Əgər havaya çıxmaq məcburiyyətdirsə, geniş papaq qoymalı və gün kremi çəkilməlidir. İsti havalarda uşaqlara su daha çox verilməldir.

Yayda yay ishalı uşaqların daha çox yaşadığı problemlərdəndir. Gün ərzində 3 və daha çox qarınağrısı, ishal, ürək bulanması, qusma, hərarətin qalxması yay ishalının əlamətləridir. Bu hal xüsusilə azyaşlı uşaqlarda su itirilməsinə səbəb olduğu üçün böyrək çatışmazlığı kimi ağır nəticələr verə bilər. Ən pis halda isə su itirilməsi səbəbilə ölüm ola bilər.

Yay ishalı ən çox infeksiyalara səbəb olan virus və bakteriyaların isti havalarda daha asan və sürətli şəkildə yaranması səbəbilə ortaya çıxır. Bununla yanaşı, uşaqların hovuzda və dənizdə udduqları mikroblu sular da ishala səbəb ola bilir.

Uşaqları yay ishalından qorumaq üçün açıqda satılan və çirkli su ilə yuyulmuş qidalar, gigiyenik baxımdan yaxşı olmayan yerlərdən aldığınız qidalardan yedirtməyin. Yeyəcəyiniz qidaları uyğun şəraitdə saxlayın və çöldə tez keyfiyyətini itirə bilən qidalardan istifadə etməyin.

Ayran və meyvə şirələri alarkən şüşədə satılan məhsullara üstünlük verin.

Uşaqlarınız yemək verməmişdən öncə və tualet ehtiyacınızı ödədikdən sonra əllərinizi sabunla yuyun.

Uşaqlarınıza yeməkdən öncə əllərini yumağı öyrədin. Çirkli əllərlə yemək yemək və ya oynadığı əşyaları ağzına almamasını başa salın.

İshal olduğu zaman hovuza girməsinə icazə verməyin. Hovuzda su udmamasını öyrədin. Uşağı hovuza salmamışdan öncə uşaq bezi geyindirdiyiniz üçün sabunla yuyun.

Yay aylarında uşaqların ən çox yaşadığı problemlərdən biri də milçək və həşəratların sancmasıdır. Bu zaman uşaqların bədənində qaşıntılı qabarıqlar əmələ gəlir. Allergik uşaqlarda qabarıq daha böyük olub, bütün bədənə yayıla bilir. Arı və gənə sancmasına qarşı daha diqqətli olun. Arı sancması allergik uşaqlarda şoka səbəb ola bilər. Riskli ərazilərdə gənə sancması da həyat üçün təhlükəli ola bilər.

Gün altında qorunmasız şəkildə uzun müddət qalan uşaqlarda hərarətin artması, baş ağrısı, bəzən də ürəkbulanması, qusma kimi əlamətlər müşahidə edilə bilər.

Günəş şüası dəri xərçənginə səbəb olur?

Saat 10.00-16.00 radələrində gün altında çox qalmaq günəş yanıqlarına da səbəb ola bilər. Az yanma zamanı dəridə qızartı, ağrı və yanma hissi, ağır yanıqlar zamanı isə su dolu qabarcıqlar və hüceyrə zədələnməsi baş verə bilər.

Dərinin rəngi açıq olan uşaqlar daha çox risk altında olur.

Buna görə də, 10.00- 16.00 radələrində uşaqları gün altına çıxartmayın. Gün altına çıxmamışdan 30 dəqiqə öncə bədənlərinə günəş şüalarından qoruyucu krem çəkin. Günəş kremini 2-3 saatdan bir təkrarlayın. Dənizə və hovuza girmisinizsə, hər üzmədən öncə kremi təkrar çəkin.

Günəşin gözlərə zərər verməməsi üçün kənarları geniş olan papaq taxın.

Yayda uşaqların yaşadığı digər bir problem isə göz, qulaq və dəri infeksiyalarıdır. Yaxşı təmizlənməyən hovuzlara girən zaman uşaqlarda qulaq, göz və dəri infeksiyaları meydana gəlir. Bu zaman gözlərdə qızarma, yanma, axıntı meydana gəlir. Hovuz suyunda olan xlor gözdə və bədəndə allergiyaya yol aça bilir.

Qulaqda ağrı, qaşınma, axıntı daxili və xarici qulaq yolu xəstəliyinin əlamətidir. Buna da səbəb hovuz suyunun təmiz olmamasıdır.

Uşaqları belə xəstəliklərdən qorumaq üçün hovuza girdikdən öncə və sonra təmiz su ilə yuyundurun. Hovuzda su gözlüyü istifadə edin.

Yay aylarında uşaqların bədənində kiçik, qırmızı, qaşıntılı səpkilər də meydana gəl bilər. Belə səpkilər daha çox boyun, çiyin, sinə, ön və arxa hissələrdə meydana gəlir. Qarşını almaq üçün tədbirlər görülmədiyi təqdirdə bədənin hər yerinə yayıla bilər.

Bununla yanaşı ümumi hovuzlar, tualet, hamam və hotel otaqları kimi yerlərdə istifadə edilən ortaq dəsmallar və digər əşyalara göbələk xəstəliyinə səbəb ola bilər. Dəridə və dırnaqlarda müşahidə edilən qaşıntılı, qızartılı və bəzən də qabıqlı səpkilərlə özünü göstərən göbələk xəstəliyi eyni evdə yaşayan digər fərdlərə də bulaşa bilər.

Göbələk xəstəliyindən uşaqlarınızı qorumaq üçün hər gün yuyundurun. Yaş dəniz geyimi göbələyi artırdığı üçün dənizdən və ya hovuzdan çıxdıqdan sonra quru geyim geyindirin. Başqalarının əşyalarını geyindirməyin, ortaq dəsmal istifadə etməyin.

Hamam, tualet və hovuzun kənarlarının yaxşı təmizləndiyinə əmin olun.

Uşaqların yay aylarında tez-tez yaşadığı problemlərdən biri də sidik yolu infeksiyalarıdır.

Alimlər isti yay aylarında insanları xəbərdar etdi

Dənizdən və ya hovuzdan çıxdıqdan sonra yaş geyim ilə gəzmək uşağın sağlamlığını təhlükə altına alır. Məsələn, bu zaman sidik yolu infeksiyası meydana gələ bilər. Bu zaman tez-tez sidiyə çıxma, sidiyə getmə zamanı ağrı və yanma, hərarətin qalxması və iştahsızlıq, ürək bulanma və qusma kimi əlamətlər müşahidə edilir. Bu infeksiya vaxtında müalicə edilmədiyi təqdirdə böyrək problemləri və sidikdən qana mikrob keçməsi ilə yaranan sepsis xəstəliyinə səbəb olur.

Uşaqlarınızı bu kimi xəstəliklərdən qorumaq üçün təmizliyinə əmin olmadığınız hovuzlara salmayın.

Hovuzdan sonra dərhal yuyundurun.

Yaş geyim ilə saxlamayın.