RUSİYA

Putin nazirin toyunda maraqlı rəqsi və tostu ilə diqqəti cəlb edib - VİDEO

Rusiya prezidenti Vladimir Putin Avstriyanın xarici işlər naziri Karin Knayslın toyunda onunla və biznesmen əri Volfqanq Maylingerlə etdiyi maraqlı rəqslə diqqəti cəlb edib
Sputnik

BAKI, 20 avqust — Sputnik. Rusiya prezidenti Vladimir Putin Avstriyanın xarici işlər naziri Karin Knayslın toyunda onunla və biznesmen əri Volfqanq Maylingerlə etdiyi maraqlı rəqslə diqqəti cəlb edib.

Putin Knayslın dəvəti ilə Avstriyanın cənub-şərqində yerləşən kiçik Gamlitz şəhərində keçirilən toy mərasiminə qatılıb. Rusiya prezidentinin alman dilində səsləndirdiyi zarafatla dolu toy təbriki qonaqların gülüşləri və alqışları ilə müşayiət olunub.

Putin "ailənin rifahı və xoşbəxt həyatı şərəfinə" badə qaldırıb. O, ailə quran cütlüyə kənd motivlərini özündə əks etdirən toy hədiyyəsi təqdim edib. Bu hədiyyə könhə yaxçıxaran və Tula samovarından ibarət olub. Prezidentin digər hədiyyəsi isə Kuban kazak xorunun çıxışı olub.

Rusiya prezidenti toyda cəmi bir saat iştirak edib. Toyu tərk etməmişdən qabaq Putin yeni evlənənlərin toy maşınına ürək sözünü yazıb.

Toydan dərhal sonra o, Almaniyaya, federal kansler Angela Merkellə görüşə gedib.