BAKI, 20 avqust — Sputnik. Hindistanda kanalizasiyaya atılmış uşaq borudan çıxarılaraq xəstəxanaya aparılıb.
Sputnik Azərbaycanxarici mətbuata istinadla xəbər verir ki, leysan yağışlarından sonra Qreta adlı qadın borudan səs gəldiyini eşidib və boruya pişik balasının girdiyini düşünüb. Qadın boruya əlini salıb pişik balasını çxıarmaq istəyən zaman onun körpə uşaq olduğunu görüb. Qadın uşağın ayaqlarından tutaraq onu sudan çıxarıb. Uşağın bədəni göyərməyə başlayıbmış. Göbək ciyəsi isə boynuna dolanmış vəziyyətdə olub. Qadın uşağı yuyundurduqdn sonra xəstəxanaya aparıb.
Xəstəxanaya aparılan uşaq burada reanimasiya şöbəsinə alınıb. Qadın uşağa azadlıq mənası verən Sultantiram adını verib.