HADİSƏ

Məkkədə fırtına, Kəbənin örtüyü uçdu - VİDEO

Fırtına və yağış səbəbilə insanlar çətin vəziyyətə düşüb
Sputnik

BAKI, 20 avqust — Sputnik. Məkkədə güclü fırtına baş verib. Sputnik AzərbaycanTürkiyə mətbuatına istinadla xəbər verir ki, şəhərdə qalxan güclü külək ağacları yerindən qoparıb, Kəbənin örtüyünü açıb.

Məlumata görə, axşam saatlarında əvvəlcə qum fırtınası başlayıb, ardınca hava qaralıb. Daha sonra yağış yağmağa başlayıb. Fırtına və yağış səbəbilə insanlar çətin vəziyyətə düşüb.

Fırtınanın sürəti saatda 90 kilometr olub. Fırtına Ərəfatda hacı namizədləri üçün qurulan çadırlara heç bir zərər verməyib. Təhlükəsizlik səbəbilə çadırlara verilən elektrik enerjisi dayandırılıb. Mina dağında fırtınaya düşən bir neçə nəfər yüngül xəsarət alıb. Onlara dərhal yardım göstərilib. Bir neçə saat sonra qum fırtınası dayanıb.