HADİSƏ

Bərdədə intihara cəhd: 28 yaşlı qadın özünü öldürmək istədi

İntihara cəhdin səbəbləri hələlik məlum deyil
Sputnik

Musa Muradlı, Sputnik Azərbaycan

BAKI, 20 avqust — Sputnik. Bərdədə intihara cəhd olub. Sputnik Azərbaycan-ın bölgə müxbirinin verdiyi məlumata görə, Bərdə şəhər sakini 1990-cı il təvəllüdlü Mirzəi Aybəniz Samsun qızı yaşadığı evdə kimyəvi maddə içərək özünü zəhərləyib. Bərdə Mərkəzi Rayon Xəstəxanasından verilən məlumata görə yaxınları tərəfindən xəstəxanaya yerləşdirilən qadının vəziyyəti ağır olaraq qalır. 

Qadının intihara cəhd etməsinin səbəbi isə hələlik məlum deyil.

Faktla bağlı Bərdə RPŞ-da araşdırma aparılır.