HADİSƏ

Leysan yağışları bəzi kəndləri məhv etdi

Bölgəni təyyarədən izləyən baş nazir Narendra Modi isə 71 milyon dollarlıq yardım edəcəyini bildirib
Sputnik

BAKI, 20 avqust — Sputnik. Hindistanın şimalındakı Kerala əyalətində leysan yağışlar 350 nəfərin ölümünə səbəb olub. Sputnik AzərbaycanTürkiyə mətbuatına istinadla xəbər verir ki, günlərdir davam edən leysan yağışları bu gün ara verib.

Yağışlar dayanan kimi xilasetmə işlərinə başlanılıb. Əməliyyatlara hava qüvvələri və donanmaya aid helikopterlər də dəstək verir.

Leysan yağışları yüzlərlə insanın həyatına son qoyub

Çayların daşması səbəbilə 5 minə yaxın insan köməksiz vəziyyətdə qalıb.

Yerli siyasətçi Saji Cerian canlı yayımda bölgədə vəziyyətin ağır olduğunu dilə gətirərək onlara helikopter göndərilmədiyi təqdirdə insanların öləcəyini bildirib.

Keralada hökümətin nəzarətində olan qayıqlardan əlavə balıqçı qayıqları da xilasetmə işlərinə qoşulub.

Bölgəni təyyarədən izləyən baş nazir Narendra Modi isə 71 milyon dollarlıq yardım edəcəyini bildirib.

Xilasetmə əməkdaşları sel səbəbilə torpaq sürüşmələrinin baş verdiyini, bəzi kəndlərin tamamilə xəritədən silindiyini qeyd edib.

Mobil operatorlar ərazidəki xalqa yardım edə bilmək üçün pulsuz internet və danışqları verib. Evsiz qalan insanlar üçün sığınacaqlar salınıb. Gigiyenik şərtlər səbəbilə epidemiya xəstəliklərinin yayılacağı ehtimal edilir.