BAKI, 20 avqust — Sputnik. Rusiyanın Çeçenistan Respublikasının Şali rayonunda bıçaqla silahlanmış iki naməlum şəxs polis bölməsinə soxulmağa cəhd edib. Sputnik Azərbaycan "RİA Novosti"yə istinadən xəbər verir ki, hücum nəticəsində iki polisin yaralandığı və cavab atəşi ilə cinayətkarların məhv edildiyi bildirilib.
Hadisə yerində əməliyyat qrupu işləyir.
Çeçenistanın Qroznı şəhərində polis əməkdaşlarına növbəti hücum olub. Naməlum şəxs avtomobili polis əməkdaşlarının üzərinə sürüb. Hadisə nəticəsində bir polis əməkdaşı həlak olub. Hücum edən şəxs zərərsizləşdirilib.