İQTİSADİYYAT

Azərbaycanda yay turizminin inkişaf səviyyəsi qaneedicidirmi?

Azərbaycan Dövlət İqtisad Universitetinin professoru Əli Əlirzayev deyir ki, regionlarda otel təsərrüfatının inkişafı yerli əhalini istirahət etmək üçün rayonlara üz tutmasına imkan yaradır
Sputnik

Əli Əlirzayev: “Nəqliyyat xidmətinin yaxşılaşması daxili turizmin potensialını artırır”
“Azərbaycanda daxili turizmin inkişaf potensialı yüksəkdir”. Bunu Sputnik Azərbaycan-a Azərbaycanda yay turizminin hazırkı vəziyyəti və perspektivləri haqqında danışarkən Azərbaycan Dövlət İqtisad Universitetinin professoru Əli Əlirzayev deyib.

“Rayonların sosial-iqtisadi inkişafı məsələləri həll olunur. Regionlarda turizm resursları zəngindir. Həmçinin regionlarda ev təsərrüfatları inkişaf edir, mənzil şəraiti yaxşılaşdırılır. Bu kimi hallar yerli əhalinin istirahət etmək üçün rayonlara üz tutmasına imkan yaradır. Nəqliyyat xidmətinin yaxşılaşması, otel təsərrüfatının inkişafı — bunlar hamısı daxili turizmin potensialını artırır. Yerli əhalinin xaricə üz tutmasının müəyyən səbəbləri var. Əminliklə demək olar ki, Azərbaycanda gəlmə turizmin inkişafı getmə turizmini üstələməyə başlayıb” – deyə o bildirib.

Ekspertin geniş şərhinə audiofaylda qulaq asa bilərsiniz