HADİSƏ

Bərdədə at kişini vurub ölümcül vəziyyətə saldı

Altmış yaşlı kişi reanimasiyada ciddi həkim nəzarətindədir
Sputnik

Musa Muradlı, Sputnik Azərbaycan 

BAKI, 20 avqust — Sputnik. Bərdədə at kişini vuraraq ölümcül hala salıb. Sputnik Azərbaycan-ın bölgə müxbirinin əldə etdiyi xəbərə görə, hadisə Bərdə rayonunun Hacallı kəndində baş verib.

Bərdə Rayon Mərkəzi Xəstəxanasından verilən məlumatda bildirilib ki, 1958-ci il təvəllüdlü Bərdə sakini Cəfərov Fəxrəddin Allahverdi oğluna at ağır bədən xəsarətləri yetirib. Dərhal xəstəxanaya çatdırılan F.Cəfərov reanimasiya şöbəsinə yerləşdirilib. Cəfərovun vəziyyətinin ağır olduğu qeyd olunub.

Hazırda hadisənin baş vermə səbəbləri araşdırılır.