Gömrük müharibəsi gözlənilməz nəticələr verir

BMW-nin ABŞ-da istehsal olunan X modellerində yüksək vergi səbəbi ilə qiymətlər 2,5 milyon lirəyə (708506 manat) qədər bahalaşıb
Sputnik

BAKI, 20 avqust — Sputnik. Türkiyədə ABŞ-dan gətirilən avtomobillərə qoyulan verginin 120% olması BMW və Tesla-nın lüks avtomobillərini gömrükdən geri qaytarılmasına səbəb olub. Sputnik AzərbaycanTürkiyə mətbuatına istinadla xəbər verir ki, BMW-nin ABŞ-da istehsal olunan X modellerində yüksək vergi səbəbi ilə qiymətlər 2,5 milyon lirəyə (708506 manat) qədər bahalaşıb. Bu səbəbdən sifarişlər ləğv edilib, idxalat dayandırılıb.

Eyni şəkildə son zamalar Türkiyədə rəğbət qazanamağa başlayan ABŞ mənşəli elektrikli avtomobil Tesla-da yeni sifarişlər dayandırılıb. Verilən sifarişlər isə gömrükdən geri qaytarılıb.

ABŞ-da istehsal edilib Türkiyə avtomobil bazarına təqdim edilən Ford və Jeep-in lüks modellərində isə qiymətlər çox ucuzdur və heç bir bahalaşma müşahidə edilmir.