Türkiyədə səfirliyə edilmiş hücumla bağlı açıqlama gəldi

Naməlum şəxslər avtomobildən səfirliyin binasına atəş açıblar
Sputnik

BAKI, 20 avqust — Sputnik. ABŞ-ın Ankaradakı səfirliyi bu gün səhər saatlarında baş verən hücumla bağlı açıqlama yayıb. Sputnik Azərbaycan Türkiyə mətbuatına istinadla xəbər verir ki, səfirlik açıqlamasında hər hansı bir xəsarətin olmadığını bildirib.

Qeyd olunub ki, hadisə araşdırılır: "Bu səhər ABŞ səfirliyində bir hadisə baş verib. Hər hansı bir yaralanma baş verməyib. Hadisənin detallarını araşdırırıq. Türkiyə milli polisinə sürətli reaksiyaları üçün təşəkkür edirik".

Xatırladaq ki, bu gün səhər saatlarında ABŞ-ın Ankaradakı səfirliyinə silahlı hücum olub.