ABŞ-ın Ankaradakı səfirliyinə silahlı hücum olub

ABŞ-ın Türkiyə səfirliyi naməlum şəxslər tərəfindən atəşə tutulub.
Sputnik

BAKI, 20 avqust — Sputnik. ABŞ-ın Ankaradakı səfirliyinə hücum olub. Sputnik Azərbaycan Türkiyə mətbuatına istinadla xəbər verir ki, hadisə yerli saatla 05.00-radələrində baş verib.

Məlumata görə, naməlum şəxslər səfirliyə silahlı hücum edib. Hücum zamanı açılan atəş mühafizəçilərin olduğu otağın damına dəyib.

Məlumatda qeyd edilir ki, Atatürk Bulvarında ağ avtomobildən ABŞ səfirliyinə doğru atəş açılıb. Səfirliyin 6 nömrəli qapısı qarşısında 4-5 dəfə atəş səsi eşidilib. Hadisə zamanı yaralanan və ya ölən olmayıb. Avtomobilin Cinnah prospekti istiqamətində hərəkət etdiyi bildirilir.

Polis qaçan şübhəliləri axtarır.