HADİSƏ

Qəbiristanlığa ziyarətə getdi, özü öldü

Həkimlərin müdaxiləsinə baxmayaraq kişi ürək tutmasından ölüb
Sputnik

BAKI, 20 avgust — Sputnik. Türkiyədə qəbiristanlıqda ölüm hadisəsi baş verib. Hadisə səhər saatlarında baş verib.

Sputnik Azərbaycan Türkiyə mətbuatına istinadən xəbər verir ki, 85 yaşlı Hasan Sağlam qohumlarının məzarlarını ziyarət etmək üçün qəbiristanlığa gedib. Lakin kişinin qəbiristanlıqda qəfil halı pisləşib. Onu xəstəxanaya yerləşdiriblər.

Həkimlərin müdaxiləsinə baxmayaraq qoca ürək tutmasından ölüb.