CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Nəqliyyat agentliyi sahibkar özbaşınalığından şikayət edir

2017-ci ilin sonlarına qədər orada dayanacaq məntəqəsi mövcud olub
Sputnik

BAKI, 20 avqust — Sputnik. Zəbt edilərək yerində obyekt tikilən daha bir dayanacaq məntəqəsi Binəqədi şosesində, daha dəqiq Rəsulzadə qəsəbəsində yerüstü piyada keçidinin yaxınlığında yerləşir. Bakı Nəqliyyat Agentliyindən Sputnik Azərbaycan-a verilən məlumata görə, 2017-ci ilin sonlarına qədər burada dayanacaq məntəqəsi mövcud olub: "Lakin günün birində ərazi hasara alınıb və yerində 3 mərtəbəli obyekt tikilib. Tikinti zamanı piyada səkisi də zəbt edilib. İstər ordan keçən piyadalar, istərsə də avtobuslara minib-düşən sərnişinlər yolun hərəkət hissəsinə çıxırlar.

Artıq fəaliyyətdə olan obyektə gələnlər nəqliyyat vasitələrini burada qanunsuz park edirlər ki, bu da onsuz da təhlükəli olan vəziyyəti daha da ağırlaşdırır".