BAKI, 19 avqust — Sputnik. Qlobal istiləşmə güclü sunamilərin sayını artıracaq, indi təhlükəsiz, qoruma altında hesab edilən ərazilərdə böyük dalğalar yaranacaq. Sputnik Azərbaycan Rusiya mətbuatına istinadla xəbər verir ki, ABŞ-ın Virciniya ştatının Politexnik Universitetinin alimləri Çinin və Makaonun gələcək taleyini araşdırıb.
Alimlərin fikrincə, ərazinin təhlükəli hesab edilməsi üçün 8,8 bal gücündə zəlzələ olmalıdır. Ancaq buna baxmayaraq, 2060-cı ildə dəniz səviyyəsi yarım metr arta bilər ki, bu da böyük dalğalar riskini 2 dəfə artırır. 2100-cü ildə isə su 1 metr qalxdığı zaman təhlükə 4,7 faiz artacaq.
Təhlükənin əsas mənbəyi Manila çökəkliyi, Cənubi Çin dənizinin dibində, iki tektonik plitənin toqquşması nəticəsində ortaya çıxan əhəmiyyətli çatlaqdır. Bu, çoxsaylı zəlzələlərə səbəb olur. Bu ərazilərdə zəlzələnin gücü 7,8-dən çox olmayıb (bu fəlakət 1560-cı illərdə baş verib). Ancaq önümüzdəki onilliklərdə və kiçik zəlzələlər qatil dalğalara səbəb olmaq üçün yetərli olacaq — bu, kompüter simulyasiyası ilə təsdiqlənir.
Alimlər Cənubi Çini yüksəlməyə meylli olduğu və ətrafında sıx şəhərlər yerləşdiyi üçün araşdırmağa başlayıblar. Çünki burada qlobal istiləşmənin mümkün nəticələri daha çox ortaya çıxacaq.
Ancaq bu, o demək deyil ki, digər ərazilər təhlükəsizdir. Alimlər təbii fəlakətlərdən daha çox zərər görə biləcək ərazilərin siyahısını tutub. Siyahıya Tokio, İyokoqama, Manila, Çin, Osaka, Cakarta, Yaponiyada Naqoya, Kalkutta, Şanxay, Los-Anceles, Tehran və s. şəhərlər daxildir.