Politoloq İlqar Vəlizadə Sputnik Azərbaycan-a deyir ki, TAP-ın fəaliyyətə başlaması onu göstərir ki, Azərbaycan bütün hədəflərinə çatmağa qadirdir:
“Bu layihənin iştirakçı dövlətləri Azərbaycanı regionda öz sözünü deyə bilən oyunçu kimi qəbul edirlər. TAP çoxşaxəli layihədir. Bu layihədə geosiyasi və iqtisadi amillər, əməkdaşlıq şəraiti hamısı nəzərə alınıb. Bu amillər nəzərə alındığı üçün belə iri miqyaslı layihə gerçəkləşdirilir. Azərbaycan bu layihəni həyata keçirərkən regiondakı vəziyyəti, iqtisadi tendensiyaları nəzərə alıb. Bu da iştirakçıların Azərbaycanla əməkdaşlıqda marağını artırır. Belə layihələrdə müxtəlif güclərin təmsil olunması regionda təhlükəsizlik baxımından vacibdir. Bu, həm də bölgənin təhlükəsizliyinin artırılmasına xidmət edir”.
Qeyd edək ki, mayın 29-da Azərbaycan qazının Avropaya nəqlini nəzərdə tutan Cənub Qaz Dəhlizi layihəsinin açılış mərasimi keçirilib.
Politoloqun geniş şərhinə audiofaylda qulaq asa bilərsiniz