BAKI, 19 avqust — Sputnik. Lənkəran sakini bədbəxt hadisə nəticəsində dünyasını dəyişib.
Sputnik Azərbaycan-ın "Report"a istinadla verdiyi məlumata görə, Lənkəran rayon Hirkan qəsəbə sakini 48 yaşlı Quliyev Teymur Aləmşah oğlu ot biçərkən ürəktutmasında yerə yıxılıb.
Yıxılarkən onun əlində olan dəryaz sinəsinə batıb. Köməksiz vəziyyətdə qalan T.Quliyev hadisə yerində keçinib. Dünyasını dəyişən T.Quliyevin epilepsiya xəstəsi olduğu bildirilir.
Hazırda hüquq-mühafizə orqanları əməkdaşları hadisə yerindədir.
Faktla bağlı rayon prokurorluğunda araşdırmalara başlanıb.