HADİSƏ

Türkiyədə azərbaycanlı qadının qətlinin şok səbəbi: Sevgilisi azyaşlı qızına təcavüz edib

Rahim Aracı ifadəsi zamanı "Saidə tapançanı əlimdən aldı və özünü vurdu" deyib
Sputnik

BAKI, 18 avqust — Sputnik. Azərbaycanlı sevgilisini öldürdükdən sonra Suriyaya qaçmaq istəyən türkiyəli iş adamı, 40 yaşlı Rahim Aracı saxlanılıb.

Sputnik Azərbaycan Türkiyə mətbuatına istinadla xəbər verir ki, avtomobil salonu sahibi Rahim Aracı 25 gün öncə Konyada sevgilisi, 4 uşaq anası Saidə Yüksəliri 8 dəfə atəş açaraq öldürmüşdü. Aracıya qaçmaqda kömək edən dostu və vəkili də saxlanılsa da, onların hər ikisinin ifadəsi alındıqdan sonra buraxılıblar.

Xatırladaq ki, hadisə iyulun 24-də Konya Qaratay ilçəsi Fevzi Çakmak məhəlləsində baş vermişdi. Hadisədən bir gün öncə Saidə Yüksəlir evli, 3 uşaq atası Rahim Aracının iş yerinə gedərək dava salmışdı. Mübahisə zamanı polis gəlsə də, onlar bir-birindən şikayətçi olmayıb, barışıblar. Bir gün sonra isə Rahim Aracı iş yerinə gələn zaman sevgilisinə 8 dəfə atəş açaraq ağır yaralamış və hadisə yerindən qaçmışdı. Saidə Yüksəlir son nəfəsində "Məni Rahim vurdu" deyə qatilinin kimliyini bildirmişdi.

Dəhşətli qətl: Din xadimləri öldürüldü

Hadisədən sonra polis Rahim Aracının hara gedə biləcəyini müəyyən etmək üçün dostlarından məlumat alıb və onun Antalyada bir pansionda qaldığını müəyyən edərək, onu həbs edib.

Həbs edildikdən sonra Rahim Aracının vəkil Səlahəddin Eyyubi ilə görüşdüyü müəyyən edilib. Vəkilin Aracıya mobil telefonunu qırıb atmasını, sim kartını istifadə etməməsini məsləhət gördüyü, bir gecə gün Konyada qaldıqdan sonra Eskişəhərə getməsində kömək etdiyi məlum olub.

Aracının qurban bayramı üçün ölkələrinə qayıdan suriyalıların arasına qarışıb Suriyaya keçmək istədiyi müəyyən edilib.

Məlumata görə, Saidə Yüksəlirin 150 min lirəyə aldığı evdə Rahim Aracının atasının yaşaıb və mənzil satışa çıxarıldığı zaman onlar arasında mübahisə yaşanıb.

Rahim Aracı ifadəsi zamanı "Mən atəş açmadım. Dava etdik. Saidə tapançanı əlimdən aldı və özünü vurdu. Qorxdum, onu avtomobilimdən ataraq qaçdım" deyib.

Rahim Aracının hadisədən əvvəlki gecə sevgilinin 14 yaşlı qızına təcavüz etdiyi də iddia edilir. Məlumata görə, Saidə Yüksəlirin qızı polisə gedərək "Anamın birlikdə yaşadığı Rahim Aracı mənə təcavüz etdi" deyə şikayət edib. Polis Saidə Yüksəliri şöbəyə çağırıb. Polis idarəsindən qızını götürüb çıxan Saidə Yüksəlir Rahim Aracı ilə görüşüb və onun tərəfindən öldürülüb.