Müsəlmanların əsas məscidinin qapılarını bağladılar

Fələstin lideri Mahmud Abbas İsrail hökumətini dərhal məscidin qapılarını açmağa çağırıb
Sputnik

BAKI, 18 avqust — Sputnik. Qüdsdə polisə hücum səbəbindən Əl-Əqsa məscidinin qapıları növbəti dəfə bağlandı.

Sputnik Azərbaycan Rusiya mətbuatına istinadla xəbər verir ki, ərəb millətindən olan şəxs Məbəd Dağını ziyarət edəndən sonra polis əməkdaşlarına yaxınlaşaraq onlardan birini bıçaqla vurmağa çalışıb. Polisə hücum edildikdən sonra ərazidəki ziyarətçilər təxliyə edilib. Hərbçilər Əl-Əqsa məscidinə girişi bağlayıb.

Fələstində hadisə ilə bağlı təcili iclas keçirilib. Fələstin lideri Mahmud Abbas İsrail hökumətini dərhal məscidin qapılarını açmağa çağırıb.