Dünyaca məşhur siyasətçi öldü — FOTO

Kofi Annan 81 yaşında dünyasını dəyişib
Sputnik

BAKI, 18 avqust — Sputnik. BMT-nin keçmiş baş katibi Kofi Annan vəfat edib. Sputnik AzərbaycanRİA Novosti-yə istinadla xəbər verir ki, siyasətçi 81 yaşında dünyasını dəyişib.

Kofi Annan

Keçmiş baş katibin vəfatı ilə bağlı BMT-nin Miqrasiya Məsələləri ilə bağlı Beynəlxalq Təşkilatının Twitter-dəki mikrobloqunda xəbər verilib.

​“Bu gün biz dahi şəxs, lider və siyasi xadimin – BMT-nin keçmiş baş katibinin itkisi ilə bağlı kədərimizi bölüşürük” – deyə təşkilatın məlumatında bildirilir.