Musa Muradlı, Sputnik Azərbaycan
BAKI, 18 avqust — Sputnik. Bərdədə qadağan silah-sursat aşkar edilib.
Bərdə rayon Polis Şöbəsinin İstintaq bölməsinin rəisi Taleh Şamilovun Sputnik Azərbaycan-ın bölgə müxbirinə verdiyi məlumata görə, keçirilən əməliyyat-axtarış tədbirləri zamanı Bərdə şəhəri Füzuli küçəsində yaşayan 1955-ci il təvəllüdlü Telman Abbasova məxsus evə baxış keçirilib, xeyli sayda silah-sursat, eləcə də narkotik maddə aşkar edilərək götürülüb.
Müsadirə olunan silahların hansısa cinayətdə istifadə olunub-olunmamasının müəyyənləşdirilməısi üçün silahlar ekspertizaya göndərilib.
Faktla bağlı Bərdə Rayon Polis şöbəsində araşdırma aparılır.