HADİSƏ

Bərdədə gənc qadın kimyəvi maddə içdi, intihara cəhd etdi

Qadının intihara cəhd etməsinin səbəbi isə hələlik məlum deyil
Sputnik

Musa Muradlı, Sputnik Azərbaycan

BAKI, 18 avqust — Sputnik. Bərdə şəhər sakini, 1990-cı il təvəllüdlü Mirzəli Aybəniz Samsun qızı yaşadığı evdə kimyəvi maddə içərək özünü zəhərləyib.

Sputnik Azərbaycan-ın bölgə müxbirinin verdiyi məlumata görə, Bərdə Mərkəzi Rayon Xəstəxanasından bildiriblər ki, yaxınları tərəfindən xəstəxanaya yerləşdirilən qadının vəziyyəti ağır olaraq qalır.

Qadının intihara cəhd etməsinin səbəbi isə hələlik məlum deyil.

Faktla bağlı Bərdə RPŞ-da araşdırma aparılır.