HADİSƏ

At təpik atdı, kişini ölümcül vəziyyətə saldı

60 yaşlı kişi reanimasiyada ciddi həkim nəzarətindədir
Sputnik

Musa Muradlı, Sputnik Azərbaycan

BAKI, 18 avqust — Sputnik. Bərdədə at kişini vuraraq ağır yaralayıb. Sputnik Azərbaycan-ın bölgə müxbirinin əldə etdiyi məlumata görə, hadisə dünən Hacallı kəndində baş verib.

Bərdə Rayon Mərkəzi Xəstəxanasından verilən məlumata görə, at 1958- il təvəllüdlü Bərdə sakini Cəfərov Fəxrəddin Allahverdi oğlunu vuraraq ağır bədən xəsarəti yetirib. Dərhal xəstəxanaya çatdırılan F. Cəfərov reanimasiya şöbəsinə yerləşdirilib. Xəstəxanadan kişinin vəziyyətinin ağır olduğunu bildiriblər.

Hazırda hadisənin baş vermə səbəbləri araşdırılır.